1xeber.media xəbər verir ki, Jurnalist Ekspert Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın əvvəlində yerli televiziya kanallarına 3 dildə verdiyi müsahibədən seçərək təqdim etdiyi fikirləri ölkəmizin mənzərəsi kimi təqdim edir. Məqalədə qeyd olunur ki, prezident İlham Əliyevin müsahibəsi növbəti konseptual yol xəritəsidir. Bu xəritəyə baxanda ruhun sevindiyini hiss edirsən.
Buyurun, oxuyun elə ilk ifadələrdən "ruhum fərəhlənməyə başlayır" ifadəsini qeyri-ixtiyari səsləndirəcəynizə əminik.
- Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
- Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
- Biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
- İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir.
- Beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər.
- Bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq.
- Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir
- Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb.
- Minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb.
- Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi.
- Kiçik ada dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır.
- Müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq.
- Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu.
- Təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu.
- Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq.
- D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir.
- D-8-ə qzv olmaq bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.
- Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur.
- D-8 ölkələrində 1 milyard 300 milyon insan yaşayır.
- Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir.
- İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanla bağlı çox müsbət fikirdədirlər.
- Mənim tərəfimdən bir dəfə verilmiş göstəriş, avtomatik həll olunur.
- Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir.
- Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır.
- D-8 ölkələrində 1 milyard 300 milyon insan yaşayır.
- Delimitasiya və demarkasiya prosesinin eyni vaxtda həyata keçirilməsi nadir hadisədir.
- Qazaxın 4 kəndinin işğaldan azad olunması dialoq deyil, monoloq nəticəsində baş verdi.
- Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur.
- Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik.
- Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz.
- Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi.
- Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq.
- Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir.
- Faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik.
- Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır.
- Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir.
- Biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.
- Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir.
- Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir.
- Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik.
- Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.
- Onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik
- Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir.
- Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi
- Biz işağldan azad olunmauş ərazilərimizdə 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik.
- Dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib.
- Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir.
- Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
- Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur.
- Bizim mətbuat işğaldan azad olunan ərazilərdə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.
- 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu.
- Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür.
- Təhqir edən, əslində, özünü təhqir edir.
- İrandakı o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir.
- Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk.
- Biz “Abşeron”da qaz hasilatının 1.5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq.
- Biz böyük sərmayələr yatırırıq və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışırıq.
- Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir.
- Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur.
- Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır.
- Mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
- Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq.
- Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb.
- Əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə olacaq, nə münaqişə olacaq, nə qarşıdurma olacaq.
- Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar.
- Ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz.
- Ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır.
- Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi
- Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir.
- Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
- Biz normal münasibətlər təklif edirik: gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək.
- Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir. Hətta burada siz necə klonlaşdırma olduğunu görürsünüz, adlar eynidir, sadəcə, birində “National”, digərində “European” sözləri var.
- Avropaya, hər hansı Avropa ölkəsinə qarşı heç vaxt pis bir şey etməmiş Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır.
- Yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək.
- Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir.
- Hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır.
- Qloballaşmanın əsas hədəfi gənc nəsil idi.
- Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi.
- Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.