Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası həyata keçiriləcək.
1xeber.media xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.
Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək.