1xeber.media xəbər verir ki, Qırğızıstan və Tacikistan arasındakı sərhəd mübahisəsi Mərkəzi Asiyada uzun illərdir davam edən və zaman-zaman silahlı toqquşmalara səbəb olan problemdir.
Bu münaqişənin kökü Sovet İttifaqının sərhədlərdə yaratdığı süni problemlər, anklavlar, qeyri-müəyyənliklər idi.
Qırğızıstan və Tacikistan arasındakı sərhəd mübahisələri mütəmadi olaraq silahlı toqquşmalara səbəb olurdu. Münaqişələr Rusiya və İranın da bölgəyə nüfuz etməsi üçün bəhanə verirdi.
Sonunda Türk ölkələrinin təzyiqi ilə 2 ölkə razılığıa gəlib, 970 km-lik sərhədin delimitasiyasını başa çatdırdı. Sərhədin delimitasiyası zamanı bərabərlik prinsipi əsas götürülüb və hər iki tərəfin maraqları nəzərə alınıb.
Razılaşma həm də Qırğızıstan və Tacikistanın su anbarları və çaylar üzərində razılığa gəlmələri ilə kənd təsərrüfatının inkişafına da kömək edəcək.