Ukraynanın şimalındakı Sumı vilayətində partlayış səsi eşidilib.
1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat yayıb.
Partlayışın Şostka şəhərində baş verdiyi dəqiqləşdirilir. Zədələnmiş infrastruktur obyektləri barədə məlumat yoxdur.
Şostkada partlayış Sumı vilayətində elan edilən hava hücumu həyəcanı fonunda baş verib. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına görə, sirenalar Kiyev, Çerniqov, Çerkassı, Kirovoqrad, Poltava və Dnepropetrovsk vilayətlərində də işləyir.
Fevralın 26-na keçən gecə Kiyevdə partlayışlar baş verib. Ukrayna paytaxtının meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə sisteminin işlədiyi barədə xəbərdarlıq edib və o, sakinləri də sığınacaqlarda qalmağa çağırıb.