İrəvan Bakıya həm Ermənistana, həm də Azərbaycana uyğun gələn dəmir yolu kommunikasiyalarının açılması ilə bağlı təkliflər göndərib.
1xeber.media xəbər verir ki, bu barədə çərşənbə günü, fevralın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Mən əminəm ki, bizim təklifimiz Ermənistan və Azərbaycan xalqları üçün 100% məqbul olacaq", - o, brifinq zamanı deyib.
Paşinyan bildirib ki, uzun illər ərzində aparılan danışıqların təhlili hər iki dövlət üçün optimal variantın tapılmasına xidmət edib. Lakin Bakı hələ də İrəvanın təkliflərinə cavab verməyib.