Rusiya prezidenti Vladimir Putin Rusiyaya rəsmi səfər edəcək Myanmanın baş naziri Min Aunq Hlainqlə danışıqlar aparacaq.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlərin görüşü martın 4-nə planlaşdırılıb.
“Qarşılıqlı faydalı Rusiya-Myanma əməkdaşlığının gələcək inkişaf perspektivləri, eləcə də aktual beynəlxalq məsələlər müzakirə olunacaq”, - Kreml vurğulayıb.
Bildirilir ki, tərəflər danışıqlardan sonra Rusiya və Myanma arasında “birgə bəyanat” qəbul etməyi, hökumətlərarası və idarələrarası sənədləri imzalamağı planlaşdırırlar.