1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Myanmanın baş naziri Min Aunq Hlainqlə danışıqlar aparıb.
Söhbət zamanı beynəlxalq arenada əməkdaşlıq, o cümlədən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə edilib.
“Bu il biz ölkələrimiz arasında dostluğun əsasları haqqında bəyannamənin imzalanmasının 25 illiyini qeyd edirik. Ölkələrimiz arasında əlaqələr həqiqətən də yüksələn xətlə inkişaf edir. Son bir ildə ticarət dövriyyəsi 40 faiz artıb. Bu, ümumilikdə yaxşı göstəricidir və bizim potensialımız çox yaxşıdır”, - deyə Vladimir Putin Kremldəki danışıqlarda bildirib.
Myanmanın baş naziri iclasda Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatı xatırladıb və onun sözlərinə görə, bu, Qərb ölkələrinin hərəkətlərinin nəticəsi olub. "Rusiyanın səyləri sayəsində dünya çoxqütblüyə doğru irəliləyir", - Min Aunq Hlainq bildirib.