Reza Deqati: "COP29-a ev sahibliyi Azərbaycanın dünyada daha da tanıdılmasına çox böyük töhfədir"
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu ölkənin dünyada daha da tanıdılmasına çox böyük töhfədir və gözəl bir addımdır.
Bunuaçıqlamasında məşhur fotojurnalist Reza Deqati bildirib.
Onun sözlərinə görə, COP29-da xeyli sayda ölkənin prezidenti və digər rəsmi şəxsləri, ümumilikdə yüzlərlə tanınmış şəxs iştirak edir, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər, ölkənin gələcək planları barədə məlumatlandırılır.
"Çox şadam ki, mən də bu tədbirin iştirakçısıyam. "Yaşıl zona" mənim diqqətimi daha çox cəlb etdi. Memar gözü ilə baxaraq deyə bilərəm ki, bu zona Azərbaycana uyğun hazırlanıb. Hesab edirəm ki, bundan əvvəl iştirak etdiyim COP tədbirləri ilə müqayisədə COP29 daha həlledici olacaq", - deyə R.Deqati qeyd edib.
report