Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.