Ölkə ərazisində nə baş verib?- DİN açıqladı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1xeber.media-ya verilən məlumatı diqqətinizə çatdırırıq.
Polis əməkdaşlarının noyabrın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqramdan artıq heroin, 8,1 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin 2 ədəd metadon və 854 ədəd preqabalin həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 5 tüfəng, 2 patron darağı və 58 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə:
- Noyabrın 8-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.