Rusiya prezidenti Vladimir Putin Moskvaya gələn Bosniya və Herseqovina Serb Respublikasının rəhbəri Milorad Dodik ilə Kremldə görüşüb.
1xeber.media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Dodikin İnterpolun Sarayevo ofisi tərəfindən ona qarşı başlatdığı beynəlxalq axtarışa baxmayaraq, Moskvaya gəldiyi vurğulanır. Bosniya serb liderinin sözlərinə görə, o, Qələbənin 80 illiyini qeyd etmək üçün mayın 9-da Rusiya paytaxtına da gəlməyi planlaşdırır.
Bundan əvvəl İnterpol Dodik və Serb Respublikası parlamentinin spikeri Nenad Stevandiç barəsində həbs qərarı çıxarmışdı. Siyasətçilər "konstitusiya quruluşuna qəsd" ittihamı ilə təqib olunmaq üçün axtarışa verilib.