1xeber.media xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu polisdən Srpska Respublikasının (RS) prezidenti Milorad Dodik və onun tərəfdarlarını saxlamağı tələb edib.
Onlar konstitusiya quruluşuna qəsddə ittiham olunurlar. Fevralın sonunda Bosniya və Herseqovina məhkəməsi artıq Dodiki həbs cəzasına məhkum edib. Serpska Respublikasının Prezidenti bu qərarı tanımır.
Fokus baş nazirin ofisinə istinadən xəbər verir ki, Dodiklə yanaşı, prokurorluq baş nazir Radovan Vişkoviçin və Milli Assambleyanın (RS Parlamenti) sədri Nenad Stevandiçin də həbsini tələb edib. Onlar ölkənin konstitusiya quruluşunu sarsıtmaqda ittiham olunurlar.
Bu qərardan əvvəl Bosniya və Herseqovinada Srpska Respublikasının rəhbərinə hökm çıxarılıb. Bu il fevralın sonunda Sarayevo məhkəməsi Dodiki qiyabi olaraq bir il müddətinə azadlıqdan məhrum edib və 6 il müddətinə siyasi fəaliyyətə qadağa qoyub.
Dodik Konstitusiya Məhkəməsinin və beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsi, Bosniyanın xarici meneceri kimi fəaliyyət göstərən Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda təqsirli bilinib.
AFP agentliyinin məlumatına görə, bu qərardan sonra bölgədə gərginlik artıb. Bosniya serblərinin lideri özünü təqsirli bilməyib və məhkum olunduqdan sonra ölkənin federal polisi və məhkəmə sisteminin Bosniyadakı Serb qurumunun ərazisinə daxil olmasını qadağan edən qanunların - sonradan Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş qanunların qəbuluna kömək edib.