Aprelin 7-də Aİ ticarət nazirləri ABŞ-ın tətbiq etdiyi tariflərə cavab olaraq tədbirləri təsdiq edəcəklər, Aİ-nin ticarət naziri Maroş Şefçoviç bildirib.
1xeber.media xəbər verir ki, Onun sözləri Avropa Komissiyasının (AK) saytında dərc olunub: "Növbəti addımı aprelin 7-də Aİ-nin ticarət nazirləri ilə müzakirə edəcəyəm və səsvermənin iki gün sonra keçirilməsi gözlənilir", - Şefçoviç bildirib.
Qarşılıqlı tədbirlərlə bağlı məsləhətləşmələrin artıq başa çatdırıldığı bildirilir.
Onun sözlərinə görə, Aİ-nin hərəkətləri ABŞ-ın keçən ay “polad və alüminium ixracında 26 milyard avroluq məhdudiyyət” qərarından sonra artıq elan edilmiş balanslaşdırma tədbirlərini tamamlayacaq.
"Aİ uzun müddətdir ki, güclü, ədalətli və qarşılıqlı faydalı ticarətin tərəfdarıdır. Biz dəfələrlə sübut etmişik ki, bu yanaşma həm tərəfdaşlarımız, həm də bizim üçün zəngin dividendlər gətirir".