Tehran heç bir şəraitdə nüvə silahı yaratmaq niyyətində deyil.
1xeber.media xəbər verir ki, agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
“İranın nüvə məsələsində mövqeyi tamamilə şəffafdır , İranın xarici işlər naziri [Abbas Əraqçi] özünün son tvitində İranın heç vaxt, heç bir şəraitdə nüvə silahına sahib olmaq istəmədiyini açıq şəkildə bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsünə görə, bu məsələ strategiya və əqidələrin bir hissəsidir. O vurğulayıb ki, nüvə silahının hazırlanmasından imtina İranın ali dini lideri Əli Xamneyinin fitvasına əsaslanır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 8-də Moskvada İran, Rusiya və Çinin İranın nüvə proqramı ilə bağlı görüşünün keçiriləcəyini bildirmişdi. O qeyd edib ki, məsləhətləşmələr ekspertlər səviyyəsində aparılacaq.