Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra Avrasiya ölkələrinin səfirləri ilə görüşündə Rusiya ilə ABŞ arasında dialoq və Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
“Müzakirə zamanı beynəlxalq gündəmdəki digər məsələlərə də, o cümlədən Rusiya-Amerika dialoqu problemlərinə və Ukrayna böhranının həllinə toxunulub”, - deyə məlumatda bildirilir.
Rusiyalı nazir çıxışı zamanı Avrasiyanın müxtəlif bölgələrində təhlükəsizlik vəziyyəti ilə bağlı fundamental qiymətlər verib. O, Avro-Atlantik təhlükəsizlik konsepsiyasının böhranlı olduğunu qeyd edərək, NATO-ya üzv dövlətlərin hərəkətlərinin təhlükəsinə diqqət çəkib.
Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bir müddət əvvəl Rusiyanın düşmənlərinin hələ də ABŞ hökumətində olduğunu və bir çox ölkələrin Moskva ilə Vaşinqton arasında dialoq cəhdini pozmağa çalışdığını bildirib.