Qətər əmiri Təmim bin Həməd Al Tani Rusiyaya rəsmi səfər etmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə “İzvestiya”ya mənbə məlumat verib.
İlkin məlumata görə, Qətər əmiri aprelin 17-də Rusiya Federasiyasına səfər edə bilər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dohaya səfəri zamanı Qətər əmiri Təmim bin Həməd Al Tani aprelin 17-də Rusiyaya səfər etmək planlarını açıqlamışdı.
Görüş zamanı Lavrov Rusiya prezidenti Vladimir Putinin əmirə xoş arzularını çatdırıb və Moskvanın onun səfərini gözlədiyini bəyan edib.