Amerika nümayəndə heyətinin Ukrayna və Avropa nümayəndələri ilə görüşü aprelin 23-də baş tuta bilər.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
"Amerika lideri Donald Trampın münaqişənin tezliklə həllinə dair razılaşmanın əldə olunmasında israrlı olduğu, Birləşmiş Ştatlar Avropa və Ukrayna rəsmiləri ilə Londonda danışıqlar aparacaq. Görüş ötən həftə Parisdə aparılan danışıqların davamı kimi planlaşdırılır", - agentlik yazır.
Mənbələr bildiriblər ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq Fransa, Almaniya, İngiltərə və Ukraynanın xarici işlər nazirləri və milli təhlükəsizlik müşavirləri ilə görüşərək “konkret məsələləri müzakirə edəcəklər”. Eyni zamanda, danışıqların planları “hələ təsdiqlənmə mərhələsindədir və dəyişə bilər”.
Aprelin 17-də Parisdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Amerika tərəfi Ukraynadakı münaqişənin həlli planını təqdim edib ki, bu da ərazilərin Rusiya üçün saxlanmasını və Moskvaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur. Bundan əlavə, Vaşinqtonun təklifi Kiyevin NATO-ya üzvlüyünü müzakirə etməkdən imtina etməyi nəzərdə tutur.