1xeber.media xəbər verir ki, ABŞ-ın Florida ştatında hava limanında göyərtəsində 300-ə yaxın sərnişinin olduğu sərnişin təyyarəsi yanıb.
Mənbənin sözlərinə görə, mühərrikdə yanğın səhər saat 11-də Airbus A330 təyyarəsinin Orlandodan havaya qalxmalı olduğu vaxt baş verib. Nəticədə göyərtədə olan hər kəs şişmə panduslar vasitəsilə təxliyə edilməli olub.
Daily Sabah-ın məlumatına görə, təyyarədə ümumilikdə 282 səyahətçi və 12 ekipaj üzvü olub. Xilasedicilər hadisəyə vaxtında müdaxilə edib və bütün insanlar uğurla təxliyə edilib.
Aprel ayında göyərtəsində 134 nəfərin olduğu Southwest Airlines şirkətinə məxsus təyyarənin mühərriki uçuş zamanı yanıb. Hadisə ABŞ-ın Hyuston şəhərindən Meksikanın Kabo San Lukas şəhərinə uçan təyyarədə baş verib. Yanğın səbəbindən pilotlar uçuşu yarımçıq qoyaraq, uçuş hava limanına qayıtmalı olublar.