Litva prezidenti Gitanas Nauseda münaqişənin həlli üçün sözdən istifadəni dayandırmağa və Rusiyanı güc yolu ilə dayandırmağa çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə Delfi.lt portalı məlumat yayıb.
"Krivoy Roq, Xarkov, Sumı, indi isə Kiyev yanır. Rusiyanı şirin sözlərlə dayandırmaq olmaz, yalnız güclə", - Litva lideri bildirib.
O əlavə edib ki, Litva nə olursa olsun Ukraynanı dəstəkləməyə davam edəcək.
Bundan əvvəl Litva müharibə zamanı paytaxtın boşaldılması planını təqdim edib. Vilnüs meri Valdas Benkunskasın sözlərinə görə, plan hərbi işğal hadisəsi üçün nəzərdə tutulub. Litvanın paytaxtı Belarusla sərhəddə yerləşir.