Serbiya prezidenti Aleksandr Vuçiçin Moskvaya uçan təyyarəsinin Bakıya enişi yanacaq doldurulması zərurəti ilə əlaqədar planlaşdırılıb.
1xeber.media xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"Bakıya eniş planlaşdırılıb. Təyyarəyə yanacaq doldurmaq lazım idi", - agentliyin mənbəsi izah edib.
Bundan əvvəl Vuçiçin təyyarəsi Azərbaycanın paytaxtında məcburi eniş etdikdən sonra Bakıdan Moskvaya uçmuşdu. Həmçinin, uçuş izləmə ADS-B Exchange-in məlumatına görə, Serbiya liderinin təyyarəsi artıq Həştərxan vilayəti üzərində uçaraq Rusiyanın hava məkanındadır.
Balkan dövlətinin başçısının Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gələcəyi dəqiqləşib. Eyni zamanda, Moskva hava limanlarının bağlanması səbəbindən Serbiya prezidentinin uçuşu təhlükəli hesab edilib.