Azərbaycan və Çexiyanın “Skoda Group” şirkəti arasında şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
1xeber.media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında payılaşım edib.
“Skoda Group” şirkətinin baş icraçı direktoru Petr Novotny ilə görüş keçirdik.
Görüşdə “Skoda Group” öz xidmət və məhsulları barədə ətraflı məlumat verdi.
Şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”, - paylaşımda qeyd olunub.