Təyyarə yaşayış binasının üzərinə DÜŞDÜ
Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib.
"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.
Pilotlardan biri xilas edilib. Təyyarədəki digər şəxslər barədə hələlik məlumat yoxdur.