Təhsil naziri Emin Əmirullayev kimya fənni üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə münasibət bildirib.
Nazir imtahanlardan sonra testlərin təhlil edildiyini deyib:"Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram. 20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq.
Bu o demək deyil ki, sertifikatlaşdırma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".