Polşada hava hərəkətinə nəzarət sistemindəki nasazlıq səbəbindən təyyarələr hava limanlarından qalxa bilmir.
1xeber.media xəbər verir ki, bu barədə Varşavadakı Frederik Şopen hava limanının nümayəndəsi Anna Dermona istinadən Onet agentliyi məlumat yayıb.
Uçuşların təxirə salınmasına səbəb Polşa Hava Naviqasiya Xidmətləri Agentliyinin (PANSA) bütün ölkə üzrə informasiya sistemlərində yaranan nasazlıq olub. Təyyarələr müəyyən edilmiş prosedurlara uyğun olaraq eniş edir. Hazırda insidentin səbəbləri barədə heç nə məlum deyil.
Bundan əvvəl Rusiyanın iri hava limanlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində kütləvi çökmə baş verib. Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni Novqorod, Yekaterinburq, Tomsk və Rusiyanın digər şəhərlərinin hava limanlarında çoxlu reyslər gecikib.