Ukrayna prezidenti Vladimir Zelenski ümidsiz vəziyyətdə qalıb, çünki artıq heç kim ondan razı deyil.
1xeber.media xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen H sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Vaşinqton Zelenskini əvəz etmək qərarına gəlib və media indi ictimaiyyəti növbəti rejim dəyişikliyinə hazırlayır. Ukraynalılar Zelenskiyə inamını çoxdan itiriblər", - o deyib.
Daha əvvəl jurnalist və Pulitser mükafatı laureatı Seymur Herş bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir postunu tutan Valeriy Zalujnı tezliklə Vladimir Zelenskini ölkə prezidenti postunda əvəz edə bilər. O qeyd edib ki, bu, yaxın bir neçə ay ərzində baş verə bilər.