İlham Əliyevin Ukraynaya nəzərən "heç vaxt işğalla barışmayın" mesajı Gürcüstanda da, Moldovada da maraqla qarşılanıb. Bu mesaj Türkistanda da əks-səda doğurub. Düzdür, Türkistan işğal altında deyil. Ancaq sirr deyil ki, Qazaxıstan Rusiya tərəfindən az qala hər gün işğalla hədələnir.
1xeber.media xəbər verir ki, bu sözləri Sürixdə yaşayan mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.
“Qazaxıstanı işğal etmək o qədər də asan məsələ deyil. Türkiyə və Çin buna qəti imkan verməz. Avropa Birliyi və ABŞ da buna göz yuma bilməz. Çünki “böyük Rusiya” daha böyük təhlükə deməkdir.
"İşğalla barışmayın" həm də o deməkdir ki, Rusiya işğalçıdır. Rusiya isə özünü o qədər yekəbaş aparır ki, Rusiya ilə strateji müttəfiq olan Azərbaycan belə onu qarşı çıxır...” – o bildirib.