İsrail hakimiyyəti Qəzza zolağına nəzarətin Fələstinin Həmas hərəkatı ilə əlaqəsi olmayan yerli strukturlara verilməsi imkanını müzakirə edir.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 22-də İsraildəki diplomatik mənbə məlumat verib.
"Nəzərdən keçirilən ssenarilərdən biri Qəzzaya nəzarəti yerli strukturlara ötürməkdir. Bu, Qəzzaya HƏMASsız özünüidarəetmə şansı verəcək", - mənbə izah edib.
O, girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardan danışaraq qeyd edib ki, İsrail tərəfinin məlumatına görə, Qəzzada 20-yə yaxın girov sağ qalır və hazırda onlardan 10 nəfərin azad edilməsi müzakirə olunur.