1xeber.media xəbər verir ki, Bloomberg-in iyulun 31-də Almaniyanın xarici işlər naziri Yohan Vadephulun bəyanatına istinadən verdiyi məlumata görə, Almaniya hökuməti İsrailin İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə Fələstinin ayrıca dövlət kimi tanınması prosesini sürətləndirə bilər.
Vadeful İsrailə səfəri öncəsi Almaniya hökumətinin iki dövlət yaratmaq məqsədindən geri çəkilməyəcəyini bildirərək, "Almaniya üçün Fələstin dövlətinin tanınması daha çox prosesdə son addımdır, lakin belə bir prosesə indi başlamaq lazımdır" deyib.
“Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer bu ay hökumətlərinin Fələstin dövlətini tanıya biləcəyini söyləsələr də, [Almaniya kansleri Fridrix] Merz Fələstinin suverenliyinin tanınmasının hərtərəfli razılaşma yolunda son addımlardan yalnız biri ola biləcəyini açıq şəkildə ifadə etdi”.