Bütün xarici təhdidlərə rəğmən Zəngəzur dəhlizi tezliklə reallaşacaq. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir.
1xeber.media xəbər verir ki,bu barədə deputat Vüqar Bayramov Facebook səhifəsində status yazaraq paylaşım edib.
Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Və bu artıq reallaşmaqdadır.
Zəngəzur dəhlizinin reallaşması ilə bağlı hansısa ölkələrin və ya qrupların narahatçlığı əbəsdir. Artıq qatar gedib. Zəngəzur dəhlizində də qatar tezliklə hərəkətə başlayacaq.
Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu adlandırılacaq Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək, həmçinin Asiya ilə Avropanı daha da yaxınlaşdıracaq. Bu Türk Dünyasını birləşdirən dəhlizdir və regionun inkişaf yolu olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasına töhvə verəcək.