Bu ilin II rübündə Azərbaycanda maliyyə axınların həcmi 28,9 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
1xeber.media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, aprel-iyun aylarında ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (25,6 %), topdan və pərakəndə ticarət (14,7 %) və tikinti (12,6 %) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə tikinti (504,7 milyon manat artım) və mədənçıxarma (490,8 milyon manat artım) olub.
"Belə ki, II rübdә әvvәlki dövrlәrlә müqayisәdә ödәniş daxilolmaları üzrә dinamikada daha az volatillik müşahidә edilib. Aprel ayında daxilolmalar aşağı sәviyyәyә düşsә dә, may ayından etibarәn sabit artım meyli qeydә alınıb. Nәticәdә, iyun ayının sonlarında daxilolmalar ötәn ilin maksimum sәviyyәsini üstәlәyib", - AMB bildirib.