Böyük Britaniyanın cənubunda yerləşən Peacehaven şəhərində məscid yanıb.
1xeber.media Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Sasseks polisi məlumat yayıb.
Yanğın binanın əsas girişinə və yaxınlıqda park edilmiş avtomobilə ziyan vurub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanları hadisəni nifrət cinayəti kimi qiymətləndirir. Müstəntiqlər şahid ifadələrini toplayır, təhlükəsizlik kameralarının görüntülərini analiz edir və hadisə yerində ekspertizanın işini davam etdirirlər.