"Daşınmaz Əmlak Fondunun funksiyası maraqlıdır. Onun funksiyası və səlahiyyətləri nədən ibarət olacaq? Hansı formada fəaliyyət göstərəcək?"
1xeber.media xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, dünyanın bəzi ölkələrində seçilmiş bələdiyyələrin nəzdində əmlak fondları mövcuddur:
"Bu fondlar bələdiyyə ərazisində yaşayan insanlara daşınmaz əmlakın alınması və ya kirayələnməsi ilə bağlı yardımçı olurlar. Azərbaycanda isə bunun hansı formada həyata keçiriləcəyi hələ məlum deyil. Açığı, bu barədə konkret məlumat və ya açıqlama ilə qarşılaşmamışam".
Ekspert bildirib ki, ideya olaraq Daşınmaz Əmlak Fondunun yaradılması yaxşı təşəbbüsdür:
"Sadəcə, onun hansı formada icra olunacağı, hansı parametrlərlə işləyəcəyi açıq sual olaraq qalır. Yaxşı olar ki, bu məsələdə rəsmi mövqe açıqlansın. Belə olan halda biz də vəziyyəti daha aydın izah edə bilərik və ortaya çıxacaq problemlərin həlli ilə bağlı təkliflərimizi səsləndirə bilərik".