Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə hər iki Prezidentin mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, liderlər Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcəklər.
Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.
Sözügedən sammit oktyabrın 7-si Qəbələdə baş tutacaq.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdə sabah həmin iclasla bağlı Azərbaycana səfər edəcək.