Oktyabrın 10-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
1xeber.media nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (077-299 11 59) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.