ABŞ prezidenti Donald Trampın HƏMAS-ın Qəzza zolağına nəzarəti tərk etmədiyi təqdirdə məhv ediləcəyi ilə bağlı bəyanatı təkcə sərt ritorika deyil, həm də İsrail və Fələstin hərəkatı arasında danışıqlar üçün çərçivə yaratmaq cəhdidir.
1xeber.media xəbər verir ki, bunu oktyabrın 6-da politoloq Dmitri Bridje deyib.
“Ya HƏMAS atəşkəs, girovların azad edilməsi və yenidənqurma imkanları müqabilində Qəzza zolağının demilitarizasiyası və idarəçiliyindən siyasi geri çəkilməyə razı olacaq, ya da hərəkat tamamilə zərərsizləşdirilənə qədər hərbi hədəf statusuna salınacaq”, - ekspert bildirib.
Onun sözlərinə görə, HƏMAS üçün Qəzzada hakimiyyət sadəcə inzibati vasitə deyil, həm də marjinallaşmaya qarşı müdafiədir.