Ramiz Quliyevin səhhətində müsbət irəliləyişlər var, həmçinin huşu qismən bərpa olub. Ancaq hələ də reanimasiyadadır.
Bu sözləri açıqlamasında xalq artistinin oğlu, əməkdar artist Əyyub Quliyev deyib.
“Arada gözlərini açır və bizə az da olsa, reaksiya verə bilir. Ancaq huşu tam bərpa olunmayıb. Hazırda müalicəsində digər proseslər də gedir. Böyrək və ağciyərində olan problemlər həkimlərin nəzarəti altındadır və daha yaxşı nəticələr gözləyirik. Həkimlər konkret olaraq nə vaxt evə buraxılacağı barədə hər hansı məlumat verməyib”, - oğlu bildirib.