1xeber.media xəbər verir ki, Ukraynada elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş Amerika istehsalı akkumulyator stansiyaları şəbəkəsi yerləşdirilib.
Nəşrin məlumatına görə, şəbəkəyə Kiyev və Dnepropetrovsk vilayətində yerləşən altı akkumulyator parkı daxildir. Hər bir park təxminən 2,5 metr hündürlüyündə bir sıra ağ akkumulyator bloklarından ibarətdir. Sistemin ümumi gücü 200 MVt təşkil edir və iki saat ərzində təxminən 600.000 evi enerji ilə təmin edə bilir.
Batareyaları təchiz edən Fluence şirkətinin baş direktoru Julian Nebreda qeyd edib ki, blokun dəyişdirilməsi minimal avadanlıq tələb edir və onların hamısında yanğın təhlükəsizliyi xüsusiyyətləri var ki, bu da Ukraynada çox vacibdir.