Estoniya Rusiyadan və Pskov vilayətinin bir hissəsindən keçən Saatse Boot magistralından istifadəni dayandıracaq.
1xeber.media xəbər verir ki,bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna sosial şəbəkədəki səhifəsində məlumat verib."Uzun müddətdə bu yoldan istifadəni tamamilə dayandırmağı planlaşdırırıq. Rusiya ərazisindən yan keçən alternativ yol artıq mövcuddur və yenisi tikilir", - nazir yazıb
.O, Rusiya-Estoniya sərhədində gərginlik barədə məlumatların şişirdildiyini qeyd edərək, estonlara sərhədin Rusiya ərazisindəki hissəsindən dayanmadan istifadə etməyə icazə verildiyini bildirib.Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyinin baş katibi Conatan Vsevivov bəyan etmişdi ki, Rusiyanın hava məkanını pozacağı təqdirdə Tallin 300 kilometr mənzilli gəmi əleyhinə raketlərdən istifadə edə bilər.