Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Parisdəki "La Sante" həbsxanasında cəza çəkərkən məhbusluğunun ikinci günündə xoş xəbər alıb.
1xeber.media xəbər verir ki, siyasətçinin ən kiçik oğlu, 28 yaşlı Luis Sarkozi və həyat yoldaşı Natali valideyn olublar. Onların Silla Nikolya adlı oğlu dünyaya gəlib. Uşağa ad babasının şərəfinə verib.
Luis İnstaqramda yazıb: "Dünən valideyn olduq. Sizi oğlumuz Silla Nikolya Sarkozi ilə tanış etməkdən məmnunuq. Qoy oğlumuz güclü və müdrik böyüsün".
Nikolya Sarkozi hazırda korrupsiya və qanunsuz kampaniya maliyyələşdirməsinə görə beş illik həbs cəzası çəkir. 69 yaşlı Sarkozinin 3 nəvəsi var.

















