Siqaretin insan sağlamlığına təsiri illərdir həkimlərin ən çox xəbərdarlıq etdiyi mövzulardandır. Ağciyər, ürək-damar və onkoloji xəstəliklərin əsas səbəblərindən biri kimi göstərilən tütün istifadəsi orqanizmdə geri dönməz fəsadlar yaradır. Mütəxəssislər bildirirlər ki, siqareti tərgitmək təkcə sağlamlıq üçün deyil, həm də psixoloji balansın bərpası baxımından vacibdir.
Siqareti birdən-birə tərgitmək doğrudurmu, yoxsa mərhələli şəkildə azaldılmalıdır?
Hansı üsulla siqareti tərgitməyə məsləhət görürsünüz, bu prosesdə dərman müalicəsi məsləhətlidir?
Nikotin asılılığı ilə mübarizədə ən effektiv üsullar hansılardır?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, siqaretin insan orqanizminə təsiri illərdir deyilir.
Rasif Bağırovun sözlərinə görə, siqaret yenə də illərdir öz işini görür. Əhali arasında daha çox istifadə olunan vasitələrdən birinə çevrilib.
Siqaretin insan orqanizminə təsirindən danışan ekspert deyib:
“Bütün bunlara baxmayaraq, təkcə ürək-damar sistemi deyil, orqanizmin elə bir sahəsi yoxdur ki, ora təsir etməsin. Tənəffüs yolları, Xərçəng xəstəliyi, Ağ ciyərlərin vaxtından tez qocalmasına, emfizema və bir çox xəstəliklərə yol açır. Mədə-bağırsaq sistemində turşuluğunu kəskin şəkildə artırıb Xərçəng və müxtəlif xəstəliklərə yol aça bilir. Həzm sistemini pozur. Qan-damar sisteminə keçəndə, damarların divarında müəyyən təzyiqi aşağı salan bədənin özünün maddələri var, həmin maddələrin qabağın alır. Arterial təzyiqin qalxmasına səbəb olur. Eyni zamanda, damarların divarında hamarlılığı aradan götürür, trombun əmələ gəlməsinə şərait yaradır. Damar divarında həmin maddələrin ifrazı azadlıqda, sıxılma və daralmalar baş verir. Yağların da səviyyəsini qaldırmaqla ümumi bədən skoliozuna səbəb olur. Beləliklə, insan vaxtından tez qocalır və müxtəlif ağır xəstəliklərin yaranmasına şərait yaradır”.
Siqareti tərgitməklə bağlı danışan Rasif Bağırov qeyd edib:
“Siqareti birdən-birə tərgitmək insanın psixoloji durumuna bağlıdır. Əgər insan qarşısına qəti şəkildə qərar qoyanda, yaxud da həddindən artıq deyilənlərdən nəticə çıxarıb və daxilən bunu istəyəndə bəli, birdən-birə tərgidə bilər. Bu zaman heç bir fəsad da olmur. Ola bilər ki, bir az orqanizm siqaret çəkməyi tələb etsin. Kimin ki, əvvəldən əsəb sistemində problem varsa, o zaman müəyyən narahatlıqlar yaradır”.
R. Bağırov vurğulayıb ki, siqareti vaxtında tərgitmək lazımdır. Biz həmişə gələn xəstələrə deyirik ki, nə qədər gec deyil, orqanizmdə xəstəlik meydana çıxmayıb siqareti tərgidin. Çünki bədəndə Xəstəlik yaranandan sonra, infarkt, insult hardasa 45-50 yaşdan sonra çox vaxt insanlarda bu proses olur. Xəstə də həmin dövrə qədər siqaret çəkirsə, o vaxta qədər siqareti tərgitməyibsə, xəstəliklərin ağırlığı onlara elə təsir edir ki, onlar qorxuya düşərək tərgidirlər. Bu zaman çətinliklər yaranır. Çünki, Avropa və Amerika alimləri bu barədə deyirlər ki, xəstə siqareti tərgidən zaman Onun bədənində kökəlmə, piylənmə kəskin şəkildə artmağa başlayırsa, piylənmədənsə siqareti tövsiyyə edirlər. Amma siqaret burada müalicə tövsiyyəsi kimi getmir. Sadəcə, iki pisdən yaxşısını seçirlər. Beləliklə, xəstə küncdə qalır. Ona görə də bu proses baş verməsin deyə, nə qədər ki, xəstəliklərə tutulmamısınız, siqareti buraxın ki, gələcəkdə hər hansı bir problemin qarşısını almaq asan olsun. Yoxsa o sizin həyatınıza son qoyacaq. Siqareti tərgidəndən 9 il sonra bu rejimdən xilas olmaq olur. Yaşlı dövrdə tərgidəndən gedib heç 9 ilə çatmır.
















