Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo sonuncu oyununun hansı olacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, portuqaliyalı futbolçu Kanada, Meksika və ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kubokunun onun üçün sonuncu olacağını bildirib.
"Bəli, bu doğrudur, çünki mənim 41 yaşım olacaq. Dediyim kimi, sadəcə bu andan zövq alıram", - portuqaliyalı hücumçu qarşıdan gələn Dünya Kubokunun onun üçün sonuncu olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək və üç ölkədə keçiriləcək ilk turnir olacaq.

















