1xeber.media xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğu üçün klinikadan həbsxanaya qaytarılıb.
"Məhkum Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğundan və onun stasionar müalicəyə ehtiyacı olmadığından o, mülki sektorun klinikasından buraxılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb", - Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, Saakaşvili cəzasını bu müəssisədə standart əsaslarla çəkməyə davam edəcək.
Bundan əvvəl Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Giorgi Qabunia bəyan etmişdi ki, Saakaşvili siyasi meyitdir və onun yeganə missiyası qanun qarşısında öz əməllərinə görə tam cavabdehlik verməkdir.

















