İş materiallarına görə, iş adamı Timur Mindıç ölkə rəhbərinə mesaj göndərdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ədliyyə naziri Herman Qaluşenkoya zəng edib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
Yayımlanan məlumata görə, bu, Zelenskinin Mindıçla bağlı enerji sektorunda korrupsiya məhkəməsində ilk dəfə danışmasıdır. Eyni zamanda Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Xüsusi Prokurorluğu (SAPO) elan edib ki, iş üzrə müttəhimlər prezidentlə görüşləri və son əlaqələri müzakirə ediblər.
Nəşrin müəllifləri iddia edirlər ki, gələcəkdə müstəntiqlər Ukrayna prezidentinin görüntülərini yayımlaya bilərlər.















