Avropa Parlamentinin Lüksemburqlu üzvü Fernand Kartheiser Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallası Moskva ilə siyasi dialoqu bərpa etməyə və Ukraynanın Avropa strukturlarına hərbi inteqrasiyası planlarından əl çəkməyə çağırıb.
1xeber.media xəbər verir ki, O, bu barədə X sosial media platformasında yazıb.
“Bu gün mən Ali Nümayəndə Kaja Kallasa açıq məktub göndərdim və onu Avropa Parlamentindəki bütün həmkarlarımla bölüşdüm”, o yazıb.
Avropa Parlamentinin deputatı məktubunda, onun fikrincə, Aİ-nin yeni kursunun əsasını təşkil etməli olan səkkiz prinsipi sadalayıb. O, Rusiya ilə dialoqun bərpasına, təhlükəsizlik təminatlarını inkişaf etdirmək üçün ATƏT mexanizmlərindən istifadə etməyə, azlıqların hüquqlarının və dini azadlıqların qorunmasına çağırıb.
Kartheiser həmçinin radikal millətçiliklə mübarizənin, ərazi bütövlüyü məsələlərinə daha praqmatik yanaşmanın, Ukraynanın təhlükəsizliyi ilə bağlı real razılaşmaların əldə edilməsinin, ölkənin müharibədən sonrakı bərpasına hazırlığın, gərginliyi artırmaqdansa, gərginliyin azaldılmasına yönəlmiş diplomatiyanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha əvvəl Soçidə keçirilən BRİKS forumunda iştirakını şərh edən Karteyzer bəyan edib ki, Aİ və Rusiya siyasətçilər arasında təmasları intensivləşdirmək üçün bütün imkanlardan istifadə etməlidirlər.

















