Fransa prezidenti Emmanuel Makronun “istəklilər koalisiyası” təşəbbüsü çərçivəsində Ukraynaya qoşun yeritmək qərarı Rusiya ilə silahlı münaqişəyə səbəb olacaq.
1xeber.media xəbər verir ki, bu fikri noyabrın 25-də Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Filippot bildirib.
"Belə bir planla gec-tez Rusiya ilə birbaşa qarşıdurmaya zəmanət verilir! O (Makron – Red.) bunu gizlədir, amma bunu mükəmməl bilir", - siyasətçi X sosial media platformasında (keçmiş Twitter) yazıb.
Filippot qoşunların yerləşdirilməsi qərarını dəlilik adlandırıb və eyni zamanda Ukraynaya “bir dənə də fransız əsgəri” göndərməməyə çağırıb.

















