Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının keçmiş rəhbəri Andrey Yermak onu tənqid edənlərə müraciət edib.
1xeber.media xəbər verir ki, Financial Times-ın jurnalisti Kristofer Miller bu barədə X sosial media səhifəsində məlumat verib.
Yermak bildirib ki, onu tənqid edənlər, o cümlədən son vaxtlara qədər müttəfiq hesab etdiyi, lakin ona qarşı çıxanlar layiq olduqlarını alacaqlar.
"Dəstəyin olmaması ilə bağlı danışdığım şəxslərə gəlincə, onlar kimə müraciət etdiyimi yaxşı bilirlər. Yaxşı, Allah onların hakimi olsun", - Ukrayna liderinin ofisinin keçmiş rəhbəri əlavə edib.
Yermak istefasından sonra ilk dəfə Zelenski haqqında da danışıb və bildirib ki, siyasətçi bu vəzifədən əvvəl onun dostu olub və bundan sonra da belə qalacaq.

















