İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Ukraynadakı münaqişənin həlli üçün razılığın əldə olunmasına və sonradan Kiyevə silah tədarükünün dayandırılmasına ümid etdiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 3-də Bloomberg məlumat yayıb.
“Əgər biz razılığa gəlsək və döyüşlər dayanarsa, artıq silahlara ehtiyac qalmayacaq”, - o bildirib.
İtaliya hökuməti atəşkəs danışıqları zamanı əlavə silahların verilməsinə qarşı çıxmaqla Kiyevə dəstəyi davam etdirmək niyyətindədir.

















