“Le Monde” həmkarlar ittifaqının nümayəndələrinə istinadən xəbər verir ki, Fransada Luvr Muzeyi işçilərin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.
1xeber.media xəbər verir ki, iclasda yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətilə yekdilliklə səs verib. Bəzi işçilərin qeyri-müəyyən boykot çağırışı olduğu bilinir.
Muzeyin mətbuat xidməti də rəsmi açıqlama yayaraq yaranmış narahatlığa görə üzr istəyib. “İşçilərin tətili ilə əlaqədar olaraq muzeyin sərgisi hazırda ziyarətçilər üçün əlçatan deyil”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl xəbər verilmişdi ki, Ermitaj muzeyinin direktoru “Luvr hekayəsi”nin Rusiya muzeyi üçün faydalarından danışıb.

















