1xeber.media xəbər verir ki, İrlandiya onun hava məkanında göründüyü iddia edilən Rusiya pilotsuz uçuş aparatları (PUA) bəhanəsi ilə NATO-ya daxil olmağı düşünür.
"Bunun fonunda İrlandiyanın neytrallığı və NATO-ya üzv olmağın məqsədəuyğunluğu ilə bağlı debat alovlanıb. Sorğulara görə, irlandiyalıların təxminən üçdə biri bu ideyanı dəstəkləyir, üçdə biri isə qərarsızdır", - hesabatda deyilir.
Həmçinin qeyd olunur ki, Rusiya ilə münasibətlərin normallaşdırılmasını tələb edən solçu Sinn Fein partiyası Avroatlantik strukturlara inteqrasiyanın əsas rəqibidir.
Noyabr ayında Ukrayna xarici işlər nazirinin müavini Serhiy Kislytsya İrlandiyaya səfər edib. Kiyevin təşkil etdiyi konfransda o, ada dövlətinə guya “Rusiya təhlükəsi”ndən danışıb və neytrallığı atavizm adlandıraraq Şimali Atlantika Alyansına qoşulmağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu hadisəyə diqqət çəkərək, Sergey Kislitsanın hərəkətlərini Kiyevin öz təcrübəsini İrlandiyaya sırımaq cəhdi adlandırıb. O, Dublinin bu məsələni müstəqil həll etmək hüququna malik olduğunu vurğulayıb.

















