"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" qərar layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
1xeber.media xəbər verir ki, layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.
Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.